Xalq artisti Gülyanaq Məmmədova Özbəkistanda konsert proqramı ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, Gülyanaq Məmmədova Daşkənd və Səmərqənd şəhərlərində "Can Azərbaycandan Can Özbəkistana sevgilərlə" adlı uğurlu və möhtəşəm solo konserti baş tutub.
Konsert proqramı "Azərbaycan Musiqi Günləri" çərçivəsində Özbəkistanın Daşkənd şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasovun təşkilatçılığı ilə ərsəyə gəlib.
Konsert Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Qeyd edək ki, Gülyanaq Məmmədova Özbəkistan prezidenti Şafkat Mirziyoyev tərəfindən həmin ölkənin Xalq artisti fəxri adına layiq görülüb.