6 İyun 2023 11:55
1 329
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün məhkəməsi olan prodüser Təranə Səmədovanın qızı Suel prosesə getməkdən imtina edib.

Teleqraf.com xəbər verir ki, bu haqda Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

"Bu gün Təranə Səmədzadənin məhkəməsidir. Qanuni nümayəndə kimi iştirak etməliyəm. Ümumiyyətlə, böyük qızı məhkəməyə gəlməkdən imtina edir, balaca isə çox kiçikdir. Dünən özü ilə danışanda balacanın körpələr evinə gedəcəyini bildirdim. Böyük qızın anası ilə münasibətinin düzələcəyini düşünmürəm. Çox təəssüf. Amma kaş ki, son şans verilə, cəzasını evdə çəkə. Balaca qızının ona çox ehtiyacı var".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər