Türkiyəli müğənni və bəstəkar Çelik Erişçi Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, Çelik Erişçi ölkəmiz haqqında təəssüratlarını bölüşüb:
"Bu axşam ən yaxşı mahnılarımı sizin üçün oxuyacam. Çünki məni çox həyəcanlandırırsız. 1994 və 1996-cı illərdə Bakıya ilk dəfə gələndə çox təəccüblənmişdim. Konsertə gələnlərin alqışlamasına, geyimlərinə xoş münasibət və insanların çiçəklərlə gəlməsinə çox təəccüblənmişdim. Hər zaman Türkiyədə deyirdim ki, Azərbaycanda çox gözəl musiqi duyumu var. Bilet alıb və konsertə gəldiyiniz üçün təşəkkür edirəm. Amma konsertə gəlməyinizə dəyəcək. Sabah bütün Azərbaycan bu konsertdən danışacaq. Sizi peşman etməyəcəm və mahnılarımı dinlədiyiniz zaman yaxşı ki, gəldim deyəcəksiniz".
Müğənniyə Bakıda fanatı tərəfindən səhnədə tablo hədiyyə edilib.
İfaçı ölkəmizdə öz ifaları ilə yanaşı "Ayrılıq" mahnısını ifa edib.