Tanınmış reper Paster (Pərviz Quluzadə) iyulun 1-də Elektra Events Hall-da solo konsert verəcək.
Teleqraf.com xəbər verir ki, konsertdə Pasterin pərəstişkarları üçün regionlardan birbaşa avtobuslar hərəkət edəcək.
Reper bu addımı ilə regionlarda yaşayan pərəstişkarlarına da konsertdə iştirak etmək imkanı yaradır.
Avtobuslar iyulun 1-i Gəncə, Lənkəran və Şəkidən saat 12:00-da Bakı istiqamətində hərəkət edəcək. Konsert bitdikdən sonra isə regionlardan gələn dinləyiciləri geri qaytaracaqlar.
Qeyd edək ki, Pasterin 27 aprel tarixində işıq üzü görən “Çirkin” albomu artıq 1 milyondan çox dinlənilmə toplayıb.