12 May 2014 17:27
2 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış sənətçisi Musatafa Ceceli ətrafında uzun zaman qalmaqal yaşanan “Aləm gözəl” mahısını oxuyub.

Teleqraf.com xəbər verir ki, M.Ceceli hətta bir neçə ay öncə Abbas Bağırovla xalq artisti Brilliant Dadaşovanın arasının dəyməsinə səbəb olan mahnını yeni albomuna daxil edib.

Müğənni bu haqda “10Lar” verilişinə açıqlamasında deyib:

“Bu mahnını daha ritmik aranjimanda hazırlamışıq. Yeni albomuma daxil etmişəm. Bundan başqa, Azərbaycanda fəaliyyət göstərən musiqiçi Hakan Eroldan da lirik mahnı oxumuşam. Mahnı “bir anlıq” adlanır”.

M.Ceceli Azərbaycan dilində mahnı oxumaqdan zövq aldığını dilə gətirib. Hətta gələcəkdə Azərbaycan şou-biznesinə qatılacağını da istisna etməyib:

“Gələcəkdə Azərbaycan dilində mahnıları oxumaqla sizin şou-biznesə qatılaram. Onu da deyim ki, Aygün Kazımova ilə yeni duet oxuyacağıq”.

Xatirladaq ki, “Aləm gözəl” mahnısını indiyədək Abbas Bağırov, Ramal İsrafilov və əməkdar artist Könül Kərimovanın ifasında dinləmişik. Bu neçə ay öncə isə mahnını xalq artisti Brilliant Dadaşova oxuyub. Əsl qalmaqal da bundan sonra yaranıb. Belə ki, Abbas Bağırov mahnının bəstəkarına qarşı çıxaraq, “Aləm gözəl”in musiqisinin iş adamı Anar Məmmədova məxsus olduğunu deyib.

Nəqliyyat nazirinin oğlu, iş adamı Anar Məmmədov da “Facebook” sosial şəbəkəsindəki səhifəsində bununla bağlı mövqeyini bildirib. “Aləm gözəl” mahnısının müəllifinin özü olduğunu yazıb.

Aytən Həsənova


Müəllif: