Bir müddət əvvəl insult keçirərək danışıq qabiliyyətini itirən Xalq artisti Nisə Qasımova sağaldıqdan sonra ilk dəfə efirə çıxıb.
Teleqraf.com xəbər verir ki, 69 yaşlı sənətkar “Gül kimi şou” verilişində qonaq olub.
Səhhətinin yaxşı olduğunu vurğulayan Qasımova bundan sonra tez-tez televiziya proqramlarına qatılacağını söyləyib:
“Özüm yaxşıyam. Bu gün tilsim açıldı, inşallah efirdə çox görünəcəyəm”.