29 İyun 2023 23:59
1 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəstəkar-müğənni Murad Arif sosial media hesabında Qurban bayramında ünvanlanan mesajlardan narazılıq edib.

Teleqraf.com xəbər verir ki, Murad Arif bu sözləri yazıb:

"Bayramlar introvertlərin cəhənnəmidir. Düşünürəm ki, başqa bir ciddi səbəb, vacib sözün olmadan kiməsə eləcə "Bayramın mübarək" demək qarşındakına bayram təbrikini zorla dedizdirməkdir. Nəyə, necə inanırsınızsa, inanın, amma bu inancı ifrat bir şouya çevirməyin, xahiş edirəm. Ümumiyyətlə, insanlar niyə sakit yaşamağı sevmir? Olmaz ki, bütün rituallar bezdirmədən, çığırmadan, sakit yaşansın? Bu mesajlar, mesajlardakı qoyunlar heç ürək açmır".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər