12 May 2014 20:07
3 619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Manana Çaparidze sosial şəbəkələrdə yeni klipini təqdim olunub.

Teleqraf.com xəbər verir ki, hamiləliyinin 6-cı ayında olan gürcü qızı sözləri İkram Əliyevə, musiqisi Nailə Mirməmmədliyə aid olan “Gözlərin danışsın” adlı mahnıya klip çəkdirib.

Klipə ekran həyatını rejissor Nail Naiboğlu verib.

Manananın sözlərinə görə, klip onun həyat yoldaşı Georginin istəyi üzərinə çəkilib. Sən demə, müğənninin həyat yoldaşı istəyib ki, dünyaya gələcək ikinci övladlarının gözləmə yaddaşlarına belə həkk etsinlər.

Qeyd edək ki, cütlüyün oğul övladları dünyaya gələcək. Manana ilk dəfə 2008-ci ilin noyabrında qız anası olub. Qızının adı Elizabettdir.

Aytən Həsənova


Müəllif: