Əməkdar artist Cavanşir Məmmədov ilə qızı Xatirənin keçmiş sevgilisi olduğunu iddia edən Kemal Mustafa arasında "Təsir dairəsi" verilişində gərgin anlar yaşanıb.
Teleqraf.com xəbər verir ki, Cavanşir Məmmədov Kemal Mustafanın Füzuli adlı əmlakçıya borcu olduğunu iddia edib.
Telefon vasitəsiylə canlı yayıma qoşulan Füzuli adlı şəxs isə ifaçının haqqındakı iddialarını yalanlayıb: "Mustafanı tanıyırdım, restoran işlədirdi. Onun vasitəsiylə də Cavanşir Məmmədovla tanış olmuşam.
Bir dəfə Cavanşir Məmmədovun evinə baxmağa getdik. Cavanşir müəllim dedi ki, Mustafa başıma belə oyun açıb. Mən də təklif etdim ki, Mustafanı buraya çağırım, sizi barışdırım. Mustafa gəldi, evlərinə çıxdıq. Cavanşir müəllimin xanımı nalayiq sözlər dedi və biz də durub getdik. Ora nə pul almağa, nə pul verməyə, nə də kiməsə yalvarmağa getməmişik. Mənə şəxsən Mustafanın borcu yoxdur. Restoran sahibinə borcu var. Niyə yalandan danışım".
Cavanşir Məmmədov isə "Sənin səs yazıların var. Deyirdin, 10 min manat borcu var" sözlərini deyib.
Aparıcı Lalə Azərtaş isə "Cavanşir müəllim, siz onu şantaş edirsiniz, belə etməyin", - deyərək müğənniyə etiraz edib.
Müğənni isə aparıcıya cavabında Füzuli adlı şəxsi şantaj etmədiyini deyib.
Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O, Məcəlləsinin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib. Mustafa isə efirə gələrək yardım istəyib.