8 İyul 2023 16:44
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onkoloji xəstəlikdən əziyyət çəkən Azərbaycan Dövlət Televiziyasının (AzTV) xəbər aparıcısı Natəvan Babayeva səhhətindən danışıb.

Aparıcı Teleqraf.com-a açıqlamasında yaxşı olduğunu bildirib: "Səhhətim yaxşıdır. Səhhətimlə maraqlanan hər kəsə təşəkkür edirəm. Hazırda rayonda qohumlarımla birlikdəyəm. Müalicəm davam edir. Yaxın günlərdə müalicə üçün Türkiyəyə gedəcəm".

Qeyd edək ki, Natəvan Babayevanın Türkiyəyə gedərkən səhhəti hava limanında pisləşmişdi. O, özəl xəstəxanaların birindən Milli Onkologiya Mərkəzinə köçürülmüşdü.



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər