13 İyul 2023 12:25
1 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur aktyoru Ufuk Özkan üçüncü dərəcəli sirroz xəstəliyindən əziyyət çəkir.

Teleqraf.com xəbər verir ki, Ufuk Özkanın tez bir zamanda orqan transplantasiyası edilməsi üçün növbə gözlədiyi vurğulanıb.

Həkimlərin sözlərinə görə, aktyor orqan transplantasiyası edilmədiyi halda 9-12 ay yaşaya bilər.

O, keçən il qaraciyər piylənməsi nəticəsində 17 kq çəki atıb.

Aktyor sosial media hesabında səhhəti ilə bağlı "Qaraciyərimdə problem var. Orqan transplantasiyası üçün səhhətim həkimlərin nəzarətindədir. Mütəmadi olaraq müayinə aparılır. Tez bir zamanda seriallar və filmlərlə qarşınızda olacam", - deyə açıqlama yayıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər