Türkiyəli məşhur aktrisa Beren Saat və Kənan Doğulu İsveçrədən istirahətdən gələrkən hava limanında görüntüləniblər.
Teleqraf.com xəbər verir ki, Beren Saat əlil arabasında obyektivlərə tuş gəlib.
Kənan Doğulu media nümayəndələrinin sualları cavabsız qoyub və həyat yoldaşının görüntülənməməsi üçün səy göstərib.
Beren Saat isə “Ayağım burxuldu, indi yaxşıyam”, - deyə açıqlama verib.