27 İyul 2023 16:23
4 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan ARB televiziyasında yayımlanan "Elgizlə izlə" verilişində həmkarı Aygün Bəylərlə məhkəməsindən danışıb.

Teleqraf.com xəbər verir ki, Röya Ayxan Elgiz Əkbərin "Kimisə məhkəməyə vermisən?" suallına cavabda deyib: "Bir dəfə sənin verilişində olub, bizi təhqir etmişdilər. Həmin an məhkəməyə verdim və sonra yadımdan çıxdı. Bir gün mənə cavab gəldi ki, siz Apellyasiya Məhkəməsinə müraciət etməlisiniz. Soruşdum, nə məhkəməsi? Cavab verdilər ki, siz filankəsi məhkəməyə vermisiniz. Dedim ki, ərizəni cırın, atın.

Təsəvvür edin ki, prodüserim Kənan Bayramovun belə yadından çıxmışdı. Vəkil belə mənə zəng edib deməli idi ki, sizin iş gedir, deməmişdi. Bəlkə də vəkilim düşünüb ki, qarşı tərəf onu məhkəməyə verdiyimizi bilsin və əl çəksin. Qarşı tərəf şəxsim və sənətim haqqında təhqiredici ifadələr işlətmişdi. O fikirləri səsləndirmək olmazdı.

Onu niyə məhkəməyə verdim? Onunla ikimizin çox yaxın bir dostu var. Mən onu həmin dostumuzun evinə dəvət etdim və bildirdim ki, mənim gəldiyimi deməsin.

Ona dedim ki, əzizim, bizim nə problemimiz var? Cavab verdi ki, sən məni toy mərasimində görəndə salam verməmisən. Ayağa qalxdım, dedim ki, bu problem deyil, səni görməmişəmsə 30 dəfə üzr istəyirəm.

Üstündən bir həftə keçdi, çıxıb sənin verilişində danışdı. Demək ki, problem bir balaca qəlbin içində qara nöqtədir, küsmək deyil. Bu da paxıllıqdan irəli gəlir. Allah hər kəsi o nöqtədən hifz eləsin".

Qeyd edək ki, Röya Ayxan və Aygün Bəylər arasında qalmaqal ARB TV-nin “Səhər-səhər” proqramında başlayıb. Aygün Bəylər xalq artisti haqqında bu sözləri deyib: "Hansı sənətdən danışırsan? Məni əsəbiləşdirirsən. Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdur… Elə 80 faizi o gündədir. Mən sənətkaram! Onu xalqın qarşısında bu səviyyədə qaldırmaq ixtiyarın yoxdur. Qıraqdan gələn adam haqqında mənim yanımda sənətdən danışa bilməzsən".

Xatırladaq ki, Röya Ayxan isə Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Aygün Bəylərin ARB televiziyasında səsləndirdiyi fikirlərini təkzib etməsi və mənəvi ziyana da görə 50 min manat təzminat ödəməsini tələb etmişdi.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər