Xalq artisti Röya Ayxan ARB televiziyasında etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Röya Ayxan Elgiz Əkbərin “Jurnalistlər Azərbaycanın ən zəngin müğənnisi kimi Nüşabə Ələsgərlinin adını qeyd etdilər. Müzakirələrdən sonra isə bildirdilər ki, Azərbaycanın ən zəngin müğənnisi Röya Ayxandır” suallına cavabda deyib:
“Mən bunu həmişə eşitmişəm. Gizlətməyəcəm, gənc olanda həmişə o xanımın adını deyirdilər. Mən də dedim ki, gələcəkdə çoxlu obyektlərim, evlərim olacaq. Mən yaxşı şeylər arzulamışam. Deməmişəm ki, onun pulu hardandır? Necə qazandı? Mən niyə qazanmıram? Sadəcə demişəm ki, o müğənni kimi olacam. Avtomobil kolleksiyam olacaq. Özüm üçün də həmin həyatı qurmuşam.
Arada zarafatla deyirəm ki, beş ilə güclə ev tikdirdim, dedilər ki, hədiyyə veriblər. Mənim öz qazancıma nə olub? Bir gündə üç-dörd toy mərasimində oluram və toy qiymətim də bəllidir.
Əlbəttə, kimsə həyatımdadırsa, hədiyyə etmək onun borcudur. İnsan öz həyat yoldaşına və sevgilisinə hədiyyə verməyəcəkmi? Niyə verməsin? Bir qadın hədiyyə almağı sevər. Amma belə də yox...”