17 Avqust 2023 15:59
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan sentyabrın 1-3 tarixlərində Bakı Konqress Mərkəzində baş tutacaq solo konsertinin hazırlıqlarına başlayıb.

Teleqraf.com xəbər verir ki, müğənni Azərbaycanda bir yeniliyə imza atacaq, Bakı səhnəsində ilk dəfə robotlardan istifadə olunacaq.

Məlumata əsasən, bunun üçün xarici ölkələrlə danışıqlar aparılıb və müzakirələr müsbət nəticələnib. Robotlar və texnika konsertdən bir neçə gün əvvəl paytaxta gətiriləcək. Nəinki Bakıda, dünyada çox nadir hallarda sözügedən robot ve texnikalardan istifadə edilir. Bunun üçün də solo konsertə böyük heyət cəlb olunub. Təşkilatçılar tamaşaçıların uzun müddət unutmayacağl, mükəmməl və qüsursuz qeyri-adi bir şou vədini verir.

Gecədə 24 mahnı səsləndiriləcək və ifalara özəl libaslar hazırlanacaq. Artıq hər bir çıxış üçün səhnəcik qurulub.

Konsertin quruluşçu rejissoru yenə də Ranar Musayevdir.

Səs-küyə səbəb olacaq tədbirin təşkilatçıları “Kevents Group” və “Peachline”, konsertin prodüseri isə Kənan Bayramovdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər