24 Avqust 2023 15:41
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şairə Cığatel İsaqızı avtomobil qəzasında dünyasını dəyişən 10 yaşlı nəvəsi Süleyman haqqında sosial şəbəkədə paylaşım edib.

Teleqraf.com xəbər verir ki, şairə nəvəsinin fotosunu "Könlüm Süleyman istəyir" şeiri ilə paylaşıb.

Qeyd edək ki, hadisə avqustun 6-da Ələt-Astara magistralın Salyandan keçən hissəsində qeydə alınıb. “Nissan” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən - Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün oğlu, 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. Azyaşlı qızı Cığatel də xəsarət alıb.









Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər