25 Avqust 2023 16:57
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Skripka ifaçısı Natiq Nuriyev müğənni Vüqar Muradovla avqustun 23-də baş tutan Apellyasiya Məhkəməsindən danışıb.

Natiq Nuriyev Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Bakıda deyildim, dünən gəldim. Apellyasiya Məhkəməsi avqustun 28-də olmalıdır. Dəqiq bilmirəm, bəlkə də məhkəmə avqustun 23-də olub. İndi maraqlanacam".

Qeyd edək ki, bu haqda məlumatı Axşam.az saytı yayıb.

Xatırladaq ki, bir müddət əvvəl müğənni Vüqar Muradov "Elgizlə izlə" verilişində mərhum ifaçı Elçin Cəlilovu narkomaniyaya qurşandıranın Natiq Nuriyev olduğunu demişdi.

Aparıcı Elgiz Əkbər isə İnstaqramda əməkdar artist haqqında “Adını demək lazımdır ki, bundan sonra bir də insanları zəhərləməsin. Reklam arasında bizə bildirildi ki, söhbət skripka ifaçısı Natiqdən gedir (Əməkdar artist Natiq Nuriyev - red.) O, musiqiçilərin evini yıxır, onları narkotikə alışdırır”,- deyə vurğulamışdı.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər