28 Avqust 2023 12:43
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Çinarə Əliyeva “Özəl” verilişində toy mərasiminə gəlməyən müğənnilərin adını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, aparıcı bu sözləri deyib: “Ən çox xoşuma gəlməyən Sevil və Sevinc Səfərova bacılarının toy mərasimimə gəlməməsi oldu. Doğum günü məclisi keçirdim. Sevil və Sevinci dəvət etsəm də, gəlmədilər. Toyuma da dəvət etdim, özlərinə söylədim ki, ad günümdə gəlmədiniz, toyumda mütləq iştirak etməlisiniz. Dedilər, ayıb olar, gələcəyik. Toyuma iki gün qalmış qızlarla yenidən əlaqə saxladım, gələcəklərini desələr də gəlmədilər.

Müğənni Türkan Vəlizadə əvvəlcədən gələ bilməyəcəyini demişdi, amma toyuma bacısını yolladı. Röya Ayxanın məclisə gəlməsi məni çox sevindirdi. Aparıcı Afaq Gəncəlini də toy məclisinə dəvət etmişdim, gəlmədi. Düzdür, hədiyyə yollamışdı. Nura Surinin isə toyumdan küsüb getdi. Üç masa dəyişdirdi, yenə də narazı olub getdi. Nuranın xarakterində var, hər şeydən narazı olur. Şəbnəm Tovuzlu gəlməmişdi, qızını yollamışdı".

Qeyd edək ki, Çinarə Əliyeva plastik cərrah Ruslan Rəsul ilə ailə həyatı qurub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər