Türkiyəli 55 yaşlı müğənni Rafet El Roman açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, o, övladı olmaması üçün əməliyyata getdiyini açıqlayıb:
"Oğlum Edvan dünyaya gələn zaman qızlarım psixoloji olaraq çox çətin vəziyyət yaşadılar. Anam da mənə bu məsələdə xəbərdarlıq etdi. Ailəmiz bir araya gələrək qərar verdik və tibbi olaraq öz istəyimlə bunun qarşısını aldım. Övladlarım və ailəmin rahatlığı üçün bu əməliyyata könüllü olaraq qərar verdim. Artıq övladım olmayacaq".
Qeyd edək ki, Rafet El Roman özündən 24 yaş kiçik Yasemin Gergeçlə sevgilidir.