1 Sentyabr 2023 16:52
1 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apellyasiya Məhkəməsində xalq artisti Flora Kərimovanın jurnalist Ülviyyə Alovludan şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Ülviyyə Alovlu bu haqda sosial media hesabında yazıb: "Flora Kərimova məni verdiyi Apellyasiya Məhkəməsində də növbəti dəfə uduzdu".

Qeyd edək ki, xalq artisti Flora Kərimova Ülviyyə Muradovadan xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Şikayət əsaslı hesab olunaraq jurnalist barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb.

Tərəflər arasında məhkəmə çəkişməsinə səbəb Ülviyyə Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər