"Məni qınayanlara sözüm var. Sizi başa düşürəm. Kimlərsə məni bu situasiyadan çıxarmaq üçün deyir ki, mənə yaraşmır. Kimlərsə istəyərək deyir ki, sən səhhətini, əsəbini belə şeylərə xərcləmə. Ancaq mənim yerimə siz cavab vermirsiniz, mənim yerimə siz əsəbiləşmirsiniz, ailəmin namusunu qorumursunuz, övladlarımın gələcəyini düşünmürsünüz. Sizə bunları demək asandır. Demirəm ki, meydanda tək qalmışam, yuxarıda Allah, onun mənə verdiyi iradə, ağıl və sizlərin mənə olan dayağınız, bəsimdir. Hamınıza çox sağ ol deyirəm".
Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova İnstaqramda videomüraciətində qeyd edib.
Xalq artisti müğənni Afət Fərmanqızına da ismarış göndərib: "Afət, yəni mən o qədər savadsızam, bilmirəm ki, məhkəmənin qərarı olmadan mülkə həbs qoyulmur? Mən bunu bilərəkdən etdim, sən başa düşmədin. Çünki bilmək istəyirdim ki, sənin nəyin var, nəyin yoxdur. Bunu da bildim. İkincisi, mənə məktub gəldi ki, DİN səni axtarıb tapa bilmir. Bu məktub protokola düşsün deyə vəsatət qaldırdım. Afət, deyirsən ki, ekspertiza imtina etdi. Sən bunun datasına bax (sənəd göstərir). Bu isə sirr olaraq qalsın. İnsanın dili insanın başını daşdan-daşa vura bilər".