9 Sentyabr 2023 23:33
1 434
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Buna bəri başdan aydınlıq gətirək ki, xəbər yalnış istiqamətə doğru getməsin. Atakanla 8 ay möhtəşəm münasibət yaşadıq. Mənim üçün hələ də dünyanın ən qiymətli insanıdır. Amma çox ağır iş qrafikimiz var və yorğunuq. Bir-birimizə vaxt ayıra bilməyəcək hala gəldik. Bu səbəbdən ayrılmağımızın daha məntiqli olacağına qərar verdik".

Teleqraf.com xəbər verir ki, bunu türkiyəli müğənni İrem Derici sevgilisi Atakan İsıktutandan ayrılıq səbəbini açıqlayarkən sosial mediada yazıb.

Daha sonra o əlavə edib:

"Mənə heç vaxt yaşamadığım sevgini bəxş etdiyin üçün təşəkkür edirəm. Yaxşı və ya pis günündə ilk zəng edəcəyin insan mənəm, bunu unutma. Tanıdığım ən centlimen adamsan".


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər