Oxşar xəbərlər
Müğənni Ayan Babakişiyeva “Xəzər” telekanalında yayımlanan “5/5” verilişinin qonağı olub.
Aparıcı Zaur Kamal sənətçiyə gözlənilməz suallar ünvanlayıb.
“Ayan, azad olduğuna görə şənsən? Əvvəllər sənə zəng eləyib verilişə dəvət eləyəndə "hə, yaxşı" deyib telefonu söndürürdün. Ayrılandan sonra yerə-göyə sığmırsan. Ümumiyyətlə, düşünürəm ki, sənət adamları ailə qurmamalıdır. Efirdə oxusunlar, tovuz quşu kimi fırlansınlar, tamaşaçını əyləndirsinlər” deyən aparıcını Ayan cavabsız qoymayıb:
“Mən hər zaman şənəm. Siz zəng edəndə təsadüfən həmişə xaricdə olmuşam. Nömrə yazılmadığı üçün kiminlə danışdığımı bilməmişəm”. /axşam.az/