Türkiyəli aktyor Nejat İşler xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, buna səbəb 51 yaşlı aktyorun çox spirtli içki qəbul etməsi olub.
Nejat İşler Nişantında yerləşən xəstəxanaların birində müalicəsinə davam edir.
Qeyd edək ki, aktyor eyni problemlə bağlı 2014-cü ildə 95 gün xəstəxanada reanimasiya şöbəsində yatıb.
Spirtli içkidən vaz keçməyən aktyorun əl və ayaq barmaqlarının uc hissələri kəsilib.