Türkiyənin ən reytinqli serialı olan "Kızılcık Şerbeti"nin baş qəhrəmanları serial haqqında təəssüratlarını bölüşüblər.
Teleqraf.com xəbər verir ki, Doğa obrazını canlandıran aktrisa Sıla Türkoğlu "Doğa üçün çətin mövsüm olacaq. Çox güclü olması və mübarizə aparması lazım olacaq. Çünki ortada uşaq var",-deyə açıqlayıb.
Aktyor Doğukan Güngör isə obrazı haqda bu sözləri deyib: "Yeni sezonda Fatih ata olur. Həyat yoldaşı Doğanı və uşağını geri qaytarmaq istəyəcək. Ssenarini oxuyarkən inanılmaz dərəcədə həyəcan keçirdim".
Kıvılcım obrazına həyat verən aktrisa Evrim Alasya isə serialın yeni mövsümdə daha həyəcanlı olacağını açıqlayıb: "Kıvılcım qızına sahib çıxmağa, Fatihlə mübarizə aparmağa davam edəcək. Bu əsnada Kıvılcım və Ömər hekayəsində də sürprizlər var".
Barış Kılıç obrazı haqda "Ömər öz yolunu tapmağa çalışacaq. Arzuladığı xoşbəxt həyatı yaşamaq üçün mübarizə aparacaq",-deyib.
Qeyd edək ki, "Kızılcık Şerbeti" serialı "Show TV"-də yayımlanır.