13 May 2014 12:42
1 391

Rusiya prezidenti Vladim Putinin sevgilisi Alina Putina dünən ad gününü qeyd edib.

Rusiya dövlət dumasının deputatı, bədən tərbiyəsi, idman və gənclərlə iş üzrə komitənin üzvü, "Alina" xeyriyyəçi fondunun rəhbərinin 31 yaşı tamam olub.

Alina Kabayrvanın 2006-cı ildən Rusiya prezidentinin rəfiqəsi olduğunu, hətta bu münasibətdən iki uşağın - bir qız və bir oğlanın doğulduğunu artıq bütün dünya bilir. Onların münasibətlərini işıqlandıran Rusiya KİV-ləri təzyiqlərə məruz qaldığından, bu barədə daha dəqiq məlumatlar xarici mətbuatdan əldə etmək olar.

Amerikanın “New York Post” qəzeti Alina Kabayevanın 4 yaşlı oğlunun atası sayılan Vladimir Putinnin 2012-ci ilin noyabrında doğulan qızının da atası olduğunu yazıb. Məlumata görə, gimnast qız övladını dünyaya gətirdikdən sonra Vladimir Putin Olimpiya çempionunu və iki övladını Soçidə Qara dəniz sahilindəki Saraya köçürüb. Həmin Saray əvvəllər çarların iqamətgahı olub.

Rusiya prezidenti iki qızının anası olan Lüdmiladan rəsmən ayrıldığını bəyan etdikdən sonra isə onun Alina Kabayeva ilə münasibətləri yenidən gündəmə çevrildi. Hətta bir çoxları bu boşanmanın davamı olaraq Putinlə Kabayevanın evlənəcəyini də proqnoz edirdi.

Müzakirə mövzusuna çevrilməsindən bezən Alina ona ünvanlanan sualları belə cavablandırmışdı: “Bu mövzu artıq məni bezdirib. Bu mənim şəxsi həyatımdır, buna qarışmağa heç kəsin ixtiyarı yoxdur. Siz mənin Vladimir Putinlə mümkün münasibətlərim haqqında soruşursunuz? Sizin sübutunuz var? Yox. Elə isə gəlin bu mövzunu bağlayaq. Əgər bizim aramızda nəsə olsa, onu gələcək nəsillər 50 ildən sonra öyrənəcək.”

Kabayeva keçən il Rusiyanın ТВTS kanalında "Öz sualını ver" verilişindəki müsahibəsində, həyatının ideal kişisi ilə artıq rastlaşdığını bildirib. Digər tamaşaçı isə, o insanın kimliyini və niyə hələ də o insana ərə getmədiyini soruşduqda, Kabayeva "Afərin sənə, axır ki, bu sualı verdin. Əlbəttə ki, qorxu var. Hərdən elə olur ki, həyatında hər şey çox yaxşı olduqda qorxursan"-deyə cavablandırıb.

Əlbətdə ki, hər kəs Kabayevanın sevə-sevə barəsində danışdığı gizli insanın Rusiya prezidenti Vladimir Putin olduğunu çox gözəl bilsə də, proqramda heç kim onun adını dilə gətirmir.

Xatırladaq ki, Alina Kabayeva 12 may 1983-cü ildə Özbəkistanın paytaxtı Daşkənddə anadan olub. 12 yaşından Moskvaya köçüb. Gimnast kimi Rusiyanı təmsil edərək 4 dəfə Avropa çempionu olub. Tatar qızı Alina Marat qızı Kabayeva — Rusiyanın əməkdar idman ustası, təqaüdçü bədii gimnastı və siyasətçisi, 2007-ci ildən Vahid Rusiya Partiyasının Dövlət Dumasının deputatı, iki olimpiya medalını, dünya çempionatında 14 medalı və 25 dəfə Avropa çempionatının medallarını qazanmış bədii gimnastdir./anspress/


Müəllif: