Tanınmış aparıcı Elnarə Təhməzova qonaq olduğu verilişdə maraqlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, “Hər şey daxil” verilişinin qonağı olan aparıcı üzr istəməyin ayıb olmadığınıda vurğulayıb:
“Üzr istəmək normal bir şeydir, ayıb deyil. Bir insana qarşı səhv etdim, bildim ki, haqsızam. Sakit başla fikirləşirəm, qərar verirəm. Heç düşünmədən üzr istəyirəm. Bunu vicdanım rahat olsun deyə edirəm. Kim fikirləşirsə ki, bu, yaltaqlıqdır, onun problemidir. Şou-biznesdəkilərin əksəriyyəti xaraktersizdir. Dalaşırlar, bir-birlərinə nələr söyləyirlər. Deyirəm, bunlar daha qanlı düşmən oldular. Bir də görürsən ki, sabah məclisdə mehribandırlar, elə bil, illərin dostudurlar. Tərbiyəsizliklə, davayla məşhurlaşmaq olmaz ”.
Rüstəm