"Uran” ləqəbi ilə tanınan repçi İbrahim İbrahimov paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, İbrahim İbrahimov sosial media hesabında video paylaşaraq bu sözləri deyib:
“Üzümü tuturam bütün tanınmışlara və məşhur adamlara hansılar ki, İnstaqramda çoxlu izləyiciləri var. Rica edirəm ki, hansısa şəhidimizin dəfn mərasiminə, məzarına gedirsinizsə, şəkil, video çəkib paylaşmayın. Şəhid balasını videoya çəkib paylaşmayın. Özgəsinin faciəsi üzərində özünüzə bəyənmə sayı yığmayın. Ən azından içinizdəki vicdanı dinləyin. Bəyənmə və izlənmə sayına göz yumun. Əgər bunu bacarmırsınızsa, sosial media hesabınızı bağlayın! Yeni nəsilə pis nümunə olmayın".