Dünya film sənayesinin məşhur ulduzları Bred Pitt, Rayan Qoslinq və Kristian Beyl iqtisadi böhrandan bəhs edən filmə çəkiləcəklər.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni film 2008-ci ildə baş verən dünya iqtisadi böhranından bəhs edəcək. Ekran işi jurnalist Maykl Lyusin kitabı əsasında lentə alınacaq.
Filmin rejissoru Adam Makkey olacaq. Prodüserliyini isə Bred Pittin "Plan B" şirkəti həyata keçirəcək.
Rüstəm