4 Oktyabr 2023 14:18
1 961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum müğənni Rəhim Rəhimlinin anası Firəngiz xanım "Elgizlə izlə" verilişində oğlundan danışıb.

Teleqraf.com xəbər verir ki, mərhum ifaçının anası bu sözləri deyib:

"Bütün günü ürəyimdə Rəhimlə danışıram. O, məni həyatdan küsdürdü. Çox mehriban idi. Bütün günü onu düşünürəm. Hamı balamın qədrini bildi, özündən başqa. Mənə deyirdi ki, sənsiz necə dözərəm. Mən də ona deyirdim ki, oğul, mən sənsiz necə dözərəm. Ancaq həyat elə etdi ki, özü məndən əvvəl getdi. Mənə dostları Rəhimin xeyirxah əməllərindən, etdiyi yaxşılıqdan danışırlar. Mən onları bilmirdim. Dostlarından evimizə Niyam Səlami gəlmişdi".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər