9 Oktyabr 2023 13:52
1 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan ATV-də yayımlanan “Rəngarəng” verilişində etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, xalq artisti aparıcının “Röya Ayxana xəyanət olsa bağışlayarmı?” sualına cavada deyib: “Xəyanəti bağışlayaram, kişi xeylağıdır. Situasiyalar fərqlidir. Başqalarının həyatına müdaxilə edə bilmərəm. Bəlkə biri başqasının yanına gedib onunla evlənir. Bu hisslərdən danışmıram. Amma ümumiyyətlə, axşam harasa gedib restoranda oturublar və sair. Buna görə niyə dava edim? Səhər evə gələcək.

Baxır hansı xəyanət... Ürək xəyanəti başqa şeydir, gəzsin, dolansın. Evdəki xanımına da yaxşı baxsın. Desin ki, get özünə daş-qaş al. Çox qadınlar yaxşı yaşamağı və hədiyyəni sevirlər. Qadın nə zaman stress yaşayır? Sevgisiz, baxımsız qalır, həm də övladlarının dalınca tək qaçır. Mən hazırda başqa həyat yaşadığım üçün başqa cür yanaşıram. Xəyanət normaldır”.

Qeyd edək ki, Röya Ayxan Anar Cəlilov ilə evli olub. Eks cütlüyün bir oğlu var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər