16 Oktyabr 2023 17:45
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu işin ciddiyətinə varmırdım. Bəzi təhdidləri eşidəndən sonra Daxili İşlər Nazirliyinə müraciət elədim və ərizə yazdım".

Teleqraf.com xəbər verir ki, bu sözləri aparıcı Sərxan Kərəmoğlu "Elgizlə izlə" verilişində təhdidlə üzləşməsindən danışarkən deyib:

"Rusiyada qeydiyyatda olduğuma görə oranın da müvafiq nazirliyinə müraciət elədim. Keçən il müraciətim başqa səpkidə idi, amma indiki müraciətim başqadır. Rusiyanın bir çox şəhərlərindən mənə zənglər gəldi. Toylara dəvətlər alıram. Məqsəd burada məni öldürmək, güc tədbiq etmək deyil. Başqa məsələlər var. İndi bu məsələnin nə olduğu mənə çatıb.

Bu ayın əvvəli Rusiyaya gedəndə mənə bəlli oldu ki, məni öldürəcəklər. Toy mərasimlərinə böyük məbləğdə gedən sənətçi deyiləm. Sən zəng edib deyirsən ki, Sərxanı toya çağırın və biletini də alın. Gələn zəngdə çox gözəl başa düşürəm ki, mənə kim zəng edir. Guya məni toya çağırıb, cəzalandıracaqlar və videoya çəkəcəklər. Əvvəl belə başa düşürdüm. İndi bilirsiniz məqsəd nədir?
Həmin şəxs saxta toy adı ilə məni Rusiyanın ərazisində deyil, Moskvanın özünə çağırır.

Bir neçə musiqiçinin vasitəsilə dəvət olunduğum toyun sahibinə zəng edirlər ki, Sərxan qanlıdır. Səni də yoldan çıxaran şeytan əməlidir. Allah səni islah etsin ki, düzgün insan olasan. Sənin adını çəkməyəcəyəm".

Aparıcı Elgiz Əkbər isə həmin şəxsin bir müddət əvvəl Sərxan Kərəmoğlu ilə qalmaqal yaşadığı müğənni Rəqsanə İsmayılovanın olmadığını deyib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər