Müğənni Günay İbrahimli 30 il sonra doğulduğu Füzuliyə şəhərinə gedib.
Teleqraf.com xəbər verir ki, müğənni Füzuli Şəhər Günü münasibəti ilə keçirilən konsertdə iştirak edib.
“Doğulduğum doğma torpağım, Füzuli şəhərində səhnə almaq sözlərlə ifadə edilə bilməyəcək dərəcədə möhtəşəm hisslər yaşatdı. Qarabağ Azərbaycandır!”, - deyə o, təəssüratlarını bölüşüb.