Əməkdar artist Firuz Səxavət Ağdam şəhərinə köçüb
Teleqraf.com xəbər verir ki, bir müddət əvvəl Ağdam Musiqi Kollecinin direktoru təyin edilən əməkdar artist bu haqda "Xəzər axşamı" verilişində məlumat verib:
“Üç aydır ki, Ağdam şəhərinə köçmüşəm. Məni bundan sonra yalnız şənbə və bazar günləri efirlərdə görə bilərsiniz. Biz həqiqətən də gözəl günlər yaşayırıq. Azərbaycanımızın bütövlüyünü yaşayırıq. Allah xalqımızın başına heç vaxt qara buludlar gətirməsin. 200-300 ildir ki, görmədiyimiz günləri yaşayırıq. Allah prezident İlham Əliyevin canını sağ eləsin. Cənab prezidentin dəmir yumruğu hesabına və şəhidlərimizin qanı-canı bahasına torpaqlarımıza qovuşduq. Bu 30 il ərzində insanlarımız kimi, kollecimiz də qaçqın idi. Kollecimizin 400 tələbəsi var. İnanıram ki, tələbələrimizin sayı getdikcə çox olacaq, musiqimiz canlanacaq. Ora bizim savadlı və gözəl mütəxəssislərimizi dəvət edəcəyik. Gələcəkdə çox planlarımız var”.