22 Oktyabr 2023 22:56
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin TV 8 kanalının rəhbəri, prodüser-aparıcı Acun Ilıcalı Bakıya gəlib.

Teleqraf.com xəbər verir ki, Acun Ilıcalının Bakı Konqres Mərkəzində "İnnovativ inkişaf və fürsətlər" seminarı baş tutub.

Acun Ilıcalı seminardan öncə jurnalistlərə açıqlama verib. O, Azərbaycanla bağlı layihə həyata keçirəcəyini vurğulayıb: "Bakıda şou proqram təşkil etmək çox istərdim. “Survivor”un yarımfinalını Azərbaycanda təşkil edə bilərik. Bu sevginin fərqindəyəm. Burada çox gözəl insanlar var".

Acun Ilıcalı onu da deyib ki, Azərbaycanla qan bağlılığı var: "Atamın anası azərbaycanlı olub. Kiçik yaşlarımdan Azərbaycanı sevirəm".

Qeyd edək ki, Acun Ilıcalı Fəxri xiyabanda ümummilli lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər