Əməkdar artist Aygün Bəylər xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu haqda sosial şəbəkədə şairə Nazilə Səfərli paylaşım edib.
O, Aygün Bəylər ilə xəstəxanadan fotosunu paylaşıb, "tez sağalın, əvəzsiz sənətkar! İnanıram ki, tez sağalıb xalqa konsert verəcəksiniz", - deyə vurğulayıb.
Xərçəng xəstəliyi ilə mübarizə aparan Aygün Bəylər Türkiyədə müalicə aldıqdan sonra sağaldığını qeyd etmişdi.
İfaçının köməkçisi Teleqraf.com-a açıqlamasında əməkdar artistin səhhətinin yaxşı olduğunu deyib: "Səhhəti yaxşıdır. Aygün Bəylər xəstəxanaya qan analizi üçün gedib. Biz hər həftə xəstəxanaya gedirik".