Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva həyat yoldaşı Tolga Karel ilə boşanacaqları barədə yayılan iddialara cavab verib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, model həyat yoldaşı Karel ilə ayrı yaşadıqlarını bildirib:
“Bu mövzu haqqında danışmaq istəmirəm. Evləri ayırdığımız doğrudur. Mən Maslakda yaşayıram. Oğlum Cihangir ilə biz belə xoşbəxtik. Allah hər kəsin yolunu açıq etsin”.
Qeyd edək ki, Günay və Tolqa cütlüyü 4 il əvvəl nikah masasına oturub.
Rüstəm