Xalq artisti Aygün Kazımovanın Almaniyanın Bergkamen şəhərindəki konserti baş tutub.
Teleqraf.com xəbər verir ki, tədbir Zəfər gününə həsr edilib. Avropanın dörd bir yerində yaşayan azərbaycanlılar ölkənin əsas ulduzunu dinləmək üçün Bergkamenə gəliblər.
Aparıcılığını Afaq Gəncəlinin etdiyi konsertdə anşlaq yaşanıb. Qonaqlar səhnənin qarşısına toplaşaraq mahnıları Pop diva ilə birlikdə oxuyublar.
Kazımova gecədə “Azərbaycan”, "Ya i tı", "Qorxuram", "Parol", "Vəfasızlar" kimi hit mahnılarını səsləndirib.