Müğənni-bəstəkar Murad Arif mərhum həmkarı Rəhim Rəhimlinin arxivinə sahib çıxıb.
Teleqraf.com xəbər verir ki, o, bu haqda sosial şəbəkədə məlumat yayıb:
“Rəhim Rəhimlinin bütün audio və video arxivini şirkətimizə yönəltdim. Artıq onun musiqisi hər yerdə olacaq. Sağlığında israrla Mikpro-ya gətirmək istədiyim bir ifaçı idi Rəhim. O vaxtlar dil tökdüm, amma alınmadı. "Muradik, köhnə mahnılarım kimə lazımdır? Muradik, o arxiv evdədir. Köhnə kasetləri kimdir araşdıran? Muradik, neynirəm yutub kanalını?
Öldükdən sonra qardaşıyla bunu edə bildim. Bunu niyə deyirəm? Çünki, kənardan o qədər can yandıranlar var ki. Amma heç kəs əməli surətdə bunu göstərmir. Mikpro özü desin. Bütün arxivin yayılmasında nə qədər səy göstər…"