Aparıcı Hacı Nuran bir müddət əvvəl ayağı amputasiya edilən rejissor Gülçöhrə Şəfiyevaya evində baş çəkib.
Teleqraf.com xəbər verir ki, Hacı Nuran rejissorun diqqətə ehtiyacı olduğunu deyib: "Bu gün onun qayğıya ehtiyacı var. Çünki səhhəti onu sınağa çəkir. Dünən qonağı oldum. Gileyləndi, dedi ki, məni unudublar. Bildirdi ki, sağ ol ki, gəlib baş çəkdin. Ömrünü Azərbaycan incəsənətinə həsr etmiş Gülcahan xanımın bu gün diqqətə çox böyük ehtiyacı var".
Qeyd edək ki, Gülçöhrə Şəfiyeva 1994-cü ildən Heydər Əliyev adına Sarayın baş rejissoru kimi fəaliyyət göstərib.