Türkiyənin məşhur aktyoru Kaan Urgancıoğlunun "Emmy" mükafatlandırma mərasimindəki imici birmənalı qarşılanmayıb.
Teleqraf.com xəbər verir ki, aktyorun dağınıq saçlı imici sosial şəbəkə izləyiciləri tərəfindən ələ salınıb.
Şəbəkə izləyiciləri "Kaş Pınar Dənizdən bir düzəldici alsaydınız" kimi şərhlər yazıblar.
Qeyd edək ki, baş rollarını Kaan Urgancıoğlu və Pınar Dənizin canlandırdığı "Yargı" serialı "Ən yaxşı telenovela" Beynəlxalq "Emmy" mükafatına layiq görülüb.