Müğənni Aygün Kazımova dünya ulduzu Peris Hiltonunn məşhur modeli Marian Draqan ilə layihəsindən danışıb.
Teleqraf.com xəbər verir ki, Aygün Kazımova İnstaqramda hekayə bölümündə video paylaşaraq "İstanbulda, qardaş ölkədəyəm. Sevənlərim üçün layihə hazırlayıram. Bu bir mahnıya çəkilən klipdir. Dünyada tanınan Marian Draqan ilə klipin təqdim edilməsini səbrsizliklə gözləyirəm",- deyə qeyd edib.
Marian Draqan isə Aygün Kazımova ilə iş birliyindən məmnunluğunu dilə gətirib: "Mahnı çox gözəldir. Bu layihədə yer aldığım üçün xoşbəxtəm".