3 Yanvar 12:30
1 909
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rəqsanə İsmayılova o qədər cılız adam deyil ki, Təranə Səmədovanın uşaqları ilə düşmənçilik aparsın".

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov qonaq olduğu “Xəbərin var?” verilişində deyib:

"İnanmıram ki, Rəqsanə Təranənin ona çəkdirdiyini balalarından çıxsın. Rəqsanənin Təranənin iki övladını götürüb, yanında saxlamasını alqışlayıram. Rəqsanə qoymadı ki, Təranənin övladları uşaq evində qalsın. Hazırda bilmirəm ki, uşaqlar Rəqsanənin yanındadır ya yox. Allah Təranənin qapısını açsın və ona həbsxanada bir az ağıl versin. Valideyninin ölən günüdür ki, uşağı ondan imtina edir. Mən Suelin anasından imtina etdiyini söylədiyi kadrlara baxanda gözlərim doldu, çox pis oldum. Öz övladım gözümün önünə gəldi. O gündən məni uzaq et, o gün mənə ölüm ver”.

Müğənni Təranə Səmədovanın qızı Suelin atası olmadığını da vurğulayıb: “Mənim Təranədən övladım yoxdur. Onun qızı Suel mənim qızım deyil. Mən gərək ən şərəfsiz ata olardım ki, o mənim qızım olduğu təqdirdə ona atalıq etməsəydim. Bəsdirin, yığışdırın bu kəlimələri... Suelin atasının kimliyi hamıya artıq bəllidir".





Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər