7 Yanvar 14:43
4 535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Ankarada müalicə olunduğu xəstəxanada dünyasını dəyişən əməkdar artisti Aygün Bəylərin bacısı Zümrüd Hümmətova danışıb.

Zümrüd Hümmətova Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:

"Hələ ki cənazə Türkiyədən çıxmayıb. Aygün Bəylər Yeni Suraxanıda yerləşən qəbiristanlıqda dəfn olunacaq. Bacım xərçəng xəstəliyindən əziyyət çəkirdi. Biz bacımızı, canımızı itirmişik. Xəstəxanada olanda hər dəqiqə danışırdıq, komaya düşənə qədər telefon vasitəsilə görüntülü əlaqə saxlamışıq. Yaramız dərindir.

Onun qızıyla bağlı arzuları vardı. Həmişə deyirdi ki, xəstəyəm, qızım sizə əmanətdir. Qızıma bilirəm ki, heç kim bacılarım qədər gözəl baxa bilməz. Düzdü, güman etməzdi ki, tez dünyasını dəyişər. Qızının xarici ölkədə təhsil almasını istəyirdi. Ona yüksək səviyyədə ali təhsil vermək arzusundaydı. İnşallah, elə də olacaq. Təki ruhu şad olsun. Əlimizdən gələni edəcəyik".

Zümrüd Hümmətova əməkdar artistin onun mənzilindən dəfn ediləcəyini vurğulayıb: "Cənazə Suraxanıda mənim evimə gətiriləcək. Amma çəkiliş üçün mediaya icazə verilməyəcək. Bacım həmişə özünü hörmətli aparıb, istərdim ki, dəfni də elə olsun.

Həmişə mənə deyirdi ki, şou-əhli deyil. Mən də onun vəsiyyəti kimi medianın çəkiliş aparmasını istəmirəm. Baş sağlığı üçün qapımız hamının üzünə açıqdır. Aygün Bəylər hamının sənətkarıdır".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər