Xalq artisti Röya Ayxan şəxsi həyatı haqqında paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Röya Ayxan İnstaqramda hekayə bölümündə keçmiş həyat yoldaşı Anar Cəlilov ilə videosunu paylaşaraq "Köhnə xatirələr", - deyə qeyd edərək ürək smaylından istifadə edib.
Keçmiş cütlük mərhum müğənni Rəhim Rəhimlinin piaonada ifasında rəqs ediblər.
Qeyd edək ki, Anar Cəlilov üçüncü dəfə evlənib.
2008-ci ildə ailə quran keçmiş cütlük 2014-cü ildə ayrılıblar.