23 Yanvar 2015 10:35
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail vətəndaşı Madonna və digər məşhurların kompyuterlərindən icazəsiz olaraq mahnıları oğurlamaqda şübhəli bilinərək həbs edilib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, İsrail polisi zərərçəkən ulduzlar arasında Madonnanın da olduğunu təsdiqləyib.

Madonna hakeri həbs edənlərə "dərin minnətdarlığını" bildirərək, ən yeni mahnılarının internetə sızması barədə onu məlumatlandıran pərəstişkarlarını da “Facebook” vasitəsilə təşəkkür etməyi unutmayıb.

Pop ulduzun kompyuteri haker müdaxiləsinə məruz qaldıqdan sonra, Madonna təcili olaraq ən yeni yeni mahnılarını, hətta tam hazır olmayanları belə internetdə dərc etdirib.

İsrail polisi 39 yaşlı şübhəli şəxsin adını açıqlamasa da, onun İsrail televiziyasında keçirilən yeni istedadlar axtarışı şousunun keçmiş iştirakçısı bildirib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər