Xəbər verdiyimiz kimi, əməkdar artist Niftulla Əsgərov dünyasını dəyişib.
Əməkdar artistin qızı Səbinə Əsgərova Teleqraf.com-a atasının ölüm səbəbini açıqlayıb: “Atam bu gün gecə saat 4 radələrində dünyasını dəyişdi. Dörd ildir, uzun sürtən xəstəlikdən əziyyət çəkirdi. Çarəsiz xəstəliyini özü də bilirdi”.
Səbinə Əsgərova bu gün mərhumla vida mərasiminin keçiriləcəyini vurğulayıb:“Bu gün saat 12:00-da Lənkəran Dövlət Dram Teatrında atamla vida mərasimi olacaq. O, Girdəni kəndi ərazisindəki qəbiristanlıqda dəfn olunacaq”.