Məşhur müğənni Rihannanın 2013-cü ildə geyim markası "Topshop"a qarşı başlayan məhkəməsi yekunlaşıb.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, ifaçı məhkəmədə "Topshop" firmasının icazəsiz olaraq onun şəkilindən istifadə etdiyini sübut edib.
İki il davam edən prosesdən sonra London məhkəməsi son qərarını verib. Qərara əsasən ifaçının şəkili olan futbolkaların satışı qadağan edilib.
Qeyd edək ki, geyim üzərində həkk olunmuş foto Rihannanın 2011-ci ildə çəkilən klipdə istifadə olunub.
Rüstəm