Prodüser Tarix Əliyev (Tolik) müğənni Əlikram Bayramovu və aparıcı Nanə Ağamalıyevanın aparıcılıq etdiyi verilişi tənqid edib.
Teleqraf.com xəbər verir ki, buna səbəb Əlikram Bayramovun "7 tamam" verilişində avtomobilini satmağa çalışması olub.
Tarix Əliyev İnstaqramda hekayə bölümündə ad çəkmədən bu sözləri qeyd edib: "Efirdə avtomobil alqı-satqısını da gördük. Bu nə deməkdir? Bu nə səviyyəsizlikdir? Sonra da səviyyədən danışırlar. Milləti nə vaxta qədər avam yerinə qoyacaqsız?”.