Türkiyənin "Kızılcık Şerbeti" serialının "Abdullah"ı, aktyor Settar Tanrıöğen xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, Settar Tanrıöğen beyin qanaması keçirib.
Bu haqda Ebru Destan "Twitter" səhifəsində məlumat verib: "Qardaşım Settarın dünən beyin qanaması keçirib. Əməliyyatı yaxşı olub. Tezliklə sağlamlığına qovuşmasını arzu edirəm. Sizi sevirik".